"Milli Məclisdə siqaret qadağan olunsun" - Deputat

"Milli Məclisdə siqaret qadağan olunsun" - Deputat
  14 Aprel 2017    Oxunub:1382
Milli Məclisin foyesində siqaret çəkilməsinin qadağan olunması təklif edilib.
AzVision.az xəbər verir ki, təklifi deputat İlham Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman səsləndirib.

Deputat qeyd edib ki, Prezident Administrasiyasında 10 ildən artıqdır ki, siqaretin çəkilməsinə qadağa qoyulub: “Bir müddət orada işləmişəm. Amma deyim ki, siqaretin çəkilməsi üçün yer nəzərdə tutulmayıb. Gözləmə zalında, yeməkxanada siqaret çəkilməsi qadağan edilib. Milli Məclisin foyesində də siqaret çəkilməsinə qadağa qoyulmasını təklif edirəm”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti