Azərbaycanda qadınların siqaretə marağı artıb

Azərbaycanda qadınların siqaretə marağı artıb
  14 Aprel 2017    Oxunub:1153
“Təəssüflə qeyd etmək lazımdır ki, son dövrlərdə Azərbaycanda qadınların siqaretə marağı artıb”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

H.Rəcəbli bildirib ki, bu göstərici hətta bir faizə çatıb. Komitə sədrinin sözlərinə görə, aparılan sorğular nəticəsində müəyyən olunub ki, kişilərin 67.5 faizi, qadınların isə 52.3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkir. Bu narahatçılıq əsasən ictimai yerlərdə baş verir.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: MilliMəclis   HadiRəcəbli  





Xəbər lenti