Azərbaycan-Cibuti parlamentlərarası işçi qrupu yaradıldı

Azərbaycan-Cibuti parlamentlərarası işçi qrupu yaradıldı
  14 Aprel 2017    Oxunub:1945
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bu məsələ müzakirəyə çıxarılıb.

Bildirilib ki, işçi qrupunun yaradılması parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

Deputat Vüsal Hüseynovun Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Azərbaycan   Cibuti   MilliMəclis  





Xəbər lenti