Bakı-Sumqayıt yolunda reydlər keçirilir - VİDEO

Bakı-Sumqayıt yolunda reydlər keçirilir - VİDEO
  14 Aprel 2017    Oxunub:3133
Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslara qarşı reydlər başlayıb.
Dövlət Avtomobil Nəqliyyat Xidməti və Dövlət Yol polisi tərəfindən keçirilən reydlər zamanı qayda pozuntuları aşkar edilib.

Sərnişin daşınma ilə məşğul olan mikroavtobuslar saxlanılaraq sərnişin sayı texniki pasportla yoxlanılır. Sənədləri qaydasında olmayan, konstruksiya dəyişikliyi edilən və sərnişindaşıma qaydalarını pozan mikroavtobusların sürücülərinə qarşı sərt cəzalar tətbiq edilir. Həmin nəqliyyat vasitələri xətdən kənarlaşdırlaraq cərimə meydançasına aparılır.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Reyd   Avtobus  





Xəbər lenti