Deputatlarımız Türkiyədəki referendumu izləyəcəklər

Deputatlarımız Türkiyədəki referendumu izləyəcəklər
  12 Aprel 2017    Oxunub:987
Azərbaycan Respublikası Milli Məclisinin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 13-də Ankaraya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, deputatlar Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər. Onlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər.

Səfər aprelin 17-də başa çatacaq.

AzVision.az


Teqlər: MilliMəclis   Deputat   Türkiyə   Referendum  





Xəbər lenti