Bələdiyyələrlə bağlı qanuna dəyişiklik edilir

Bələdiyyələrlə bağlı qanuna dəyişiklik edilir
  11 Aprel 2017    Oxunub:1659
Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

AzVision.az-ın məlumatına görə, iclasda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan respublikasının qanununa dəyişiklik müzakirə edilib.

Layihə haqqında məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, təklif olunan dəyişikliklərə əsasən bələdiyyələrə ödənilən fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə müvafiq bələdiyyənin təşkil edildiyi ərazi vahidləri hüdudlarında mülkiyyətində olan yaşayış və qeyri yaşayış sahələrinin ölçüləri və ünvanları, onların mülkiyyətçiləri olan fiziki şəxslər, hebelə fiziki şəxslərin mülkiyyətində və isitfadəsində olan torplaq sahələrinin ölçüləri və ünvanı barədə məlumatlar həmin bələdiyyə tərəfindən dövlət reystrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt ərzində ödənişsiz əldə edəcəklər.

A.Rəhimzadə vurğulayıb ki, əvvəllər bələdiyyələr yuxarıda sadalanan informasiyaları əldə etmək üçün müəyyən vəsait xərcləmək məcburiyyətində qalırdılarsa, yeni dəyişikliyə əsasən bələdiyyələr heç bir ödəniş etmədən daşınmaz əmlakları və onların sahələi haqqında məlumat əldə edə biləcəklər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti