Gömrükdə 6400 ədəd siqaret müsadirə edilib

Gömrükdə 6400 ədəd siqaret müsadirə edilib
  11 Aprel 2017    Oxunub:1154
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2109" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bu barədə AzVision.az-a DGK-dan məlumat verilib.

Yoxlama zamanı avtomobilin arxa qapılarının içərisindən aksiz markası olmayan, üzərində "Parliament" yazısı olan 6 400 ədəd siqaret aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: gömrük   siqaret  





Xəbər lenti