Ərizə qəbulunun vaxtı uzadıldı

Ərizə qəbulunun vaxtı uzadıldı
  10 Aprel 2017    Oxunub:2559
Azərbaycanın ali məktəblərinə və kolleclərə ərizə qəbulunun vaxtı uzadılıb.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumatda deyilir ki, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 11 aprel saat 23:59-dək uzadılıb.

Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

Aytən Zəhra
AzVision.az



Teqlər: DİM   aliməktəb  





Xəbər lenti