Kolleclərdə ciddi nöqsanlar aşkarladı

Kolleclərdə ciddi nöqsanlar aşkarladı
  10 Aprel 2017    Oxunub:1413
Büdcə təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı qnaunvericiliklə müəyyən edilmiş qaydada büdcədənkənar vəsaitlər üzrə debitor və kreditor borcların mühasibat yazılışlarının maliyyə hesabatlarında və əlavələrində əks etdirilməməsi halları müəyyən edilib.
AzVision.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub. Bildirilib ki, belə hal orta ixtisas təhsili müəssisələri üzrə də mövcud olub debitor və kreditor borclar üzrə mühasibat yazılışların qanunveriiciliyin tələblərinə uyğun maliyyə hesabatlarında əks etdirilməməsi həmin büdcə təşkilatlarının hesabatlılığında təhriflərə yol verilməsi ilə yanaşı, şəffaflığın da təmin olunmadığını göstərir.

2014 və 2015-ci illərdə büdcədənkənar vəsaitlər üzrə debitor borcların az göstərilməsi ödənişli əsaslarla təhsil alan üumi tələbə kontingentinin müvafiq olaraq Azərbaycan texniki Universiteti nəzdində Bakı texniki Kolleci üzrə 29,1 faizinin və 40,2 faizinin, Mingəçevr Turizim Kolleci üzrə isə 31,5 faizinin və 34,5 faizinin xaric olunması ilə əlaqələndirilir ki, bu da qeyru –real görünür. Bu hal real vəziyyətin ilkuin sənədlər üzrə araşdırılmasını zəruri edir.

Aytən Zəhra
AzVision.az


Teqlər: HesablamaPalatası   kollec   nöqsan  





Xəbər lenti