"“Beynəlxalq aləmdə vəziyyət daha da gərginləşir" - Novruz Məmmədov

"“Beynəlxalq aləmdə vəziyyət daha da gərginləşir" - Novruz Məmmədov
  08 Aprel 2017    Oxunub:1273
“Təəssüflər olsun ki, beynəlxalq aləmdə vəziyyət daha da gərginləşərək yeni mərhələyə qədəm qoyur”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün sosial şəbəkəsindəki səhifəsində bildirib.

N.Məmmədov qeyd edib ki, Beynəlxalq birliyin əsas aktorları müxtəlif bəyanatlar və təkliflər versələr də, çağırışlar etsələr də nəticəsi yoxdur: “Tərəflər anlaşmaya, dialoqa nail ola bilmirlər. Amma belə vəziyyətin səbəbləri də, nə dərəcə təhlükəli olması da aydındır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NovruzMəmmədov   PA  





Xəbər lenti