Çinin hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil olunan tədbirdə qonaq heyət Müdafiə nazirinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsini icra edən general-mayor Fuad Məmmədovla görüşüb.
Hərbi Dəniz Qüvvələrini ziyarət edən qonaqlar bazanın ərazisi ilə tanış olduqdan sonra komandanın vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovla da görüşüblər.
Görüşlərdə iki ölkənin Silahlı Qüvvələri arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib.
AzVision.az
Teqlər: Azərbaycan Çin MüdafiəNazirliyi Hərbi