Borc arayışları bir günə verəcək

Borc arayışları bir günə verəcək
  07 Aprel 2017    Oxunub:1397
Bu gün Milli Məclisin plenar iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
AzVision.az-ın məlumatına görə, qanun layihəsi barədə regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov məlumat verib.

Dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 iş günü müddətində arayış verəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan maddəyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında 5 gündən gec olmayaraq arayış verir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis   Bələdiyyə  





Xəbər lenti