Siyavuş Novruzov bankları sərt tənqid etdi

Siyavuş Novruzov bankları sərt tənqid etdi
  07 Aprel 2017    Oxunub:1012
“Azərbaycanda bankların maliyyə vəziyyətin pisləşməsi iqtisadi böhranla bağlı deyil”.

AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib. O, bildirib ki, bankların bu vəziyyətə düşməsinin səbəbi onlara rəhbərlik edən şəxslərin maliyyə oğurluğudur.

“Məhkəmələr bununla bağlı qərarlar verib. Biz bu məsələni sağlamlaşdırmalıyıq. Biz hardan bilək sabah başqa bank bu cür fəaliyyət göstərməyəcək? Nəzarət edən şəxslər gəlib cavab verməlidirlər. Azərbaycanda iqtisadiyyat yetərincə inkişaf edir. Bu baxımdan bank sektoru kökündən sağlamlaşdırılmalıdır. Bir nəfər izah etmir ki, Azərbaycanda istehlak kreditləri niyə bu faizlə verilir. Bankların sağlamlaşdırılması istiqamətində iş aparılır. Amma sağlamlaşdıranda da yaxşı sağlamlaşdırsınlar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti