"Bu məsələlər mentalitetimizə ziddir" - Siyavuş Novruzov

"Bu məsələlər mentalitetimizə ziddir" - Siyavuş Novruzov
  07 Aprel 2017    Oxunub:1430
“Azəbaycanda ayr-ayrı strukturlar insan alverinə qarşı mübarizə aparır ki, bu da ümumilikdə mübarizənin effektivliyini rtırır. Bu mübarizə daimi olmalı, ictiamiyyətin də dəstəyi vacib məqamlardandır”.

AzVision.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, son vaxtlar mətbuatda "kim kimi qaçırır və ya aparır" kimi xəbərlərə rast gəlirik:

“Bu məsələlər bilavasitə Azərbaycan mentalitetinə zidd olan məsələlərdir. Ona görə də hesab edirəm ki, burada ictimaiyyətin qınağı, nəzarəti, KİV-in rolu vacib şərtlərdəndir. Bu işlər hüquq mühafizə orqanları ilə bərabər şəkildə aparılmalıdır ki, insanların münasibəti ortaya çıxsın. Burada pul varsa, o zaman bu insanları cəlb edir. Belə olan halda istər-istəməz həm azyaşılıların, həm də digərlərinin insan alverinin qurbanına çevrilməsi faktları ortaya çıxır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti