Bakının mərkəzi küçələri təmirə bağlanır

Bakının mərkəzi küçələri təmirə bağlanır
  05 Aprel 2017    Oxunub:1058
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi işləri davam etdirilir.
“Azəravtoyol” ASC-dən AzVision.az-a verilən məlumata görə, analoji işlər bu gecə Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində də aparılacaq. Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.

AzVision.az


Teqlər: Bakı   Yol   Təmir  





Xəbər lenti