Allahın əmri, peyğəmbərin şəriəti və 20 manat pul – Əməkdaşlarımız kəbin kəsdirdi

18:11   05 Aprel 2017    Oxunub: 16445

Ölkə gündəmini bir məsələ zəbt edib: Gəncədə əmi və qardaşı qızın kəbin kağızı ilə nikaha girməsi. Hadisədən sonra Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi açıqlama yayaraq bildirib ki, kəbin nikah haqqında şəhadətnamə əsasında oxunur.

AzVision.az/Femida.az-ın əməkdaşları bunun belə olub-olmadığını yoxlamaq üçün şəhərin mərkəzindəki Əjdərbəy məscidinə gediblər. Mənzərə gözlənildiyi kimi də olub. Belə ki, məscidin axundu jurnalistlərdən nikah haqqında şəhadətnamə tələb etmədən, onlardan “dövlət rüsumu” adı altında 20 manat pul istəyərək, kəbin kəsib.



Halbuki, qəbul edilmiş qərarlara görə, molla rəsmi nikah haqqında şəhadətnamə təqdim edilmədiyi halda kəbin kəsə bilməz. Amma görünən odur ki, mollalar aldıqları 20 manat müqabilində kəbin kəsməklə ailə dəyərlərini və dövlət qanunlarını heçə sayırlar.

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi əməkdaşlarına təlimat verib ki, din belə bir münasibəti kökündən qanunsuz hesab edir və bu münasibətin qurulması düzgün deyil: "Bu adamlara dini kəbin oxuna bilməz. Əgər oxunarsa, onun heç bir legitimliyi olmur, batil kəbindir. Qafqaz Müsəlmanları İdarəsi əməkdaşlarına təlimat verib ki, kəbin nikah haqqında şəhadətnamə əsasında oxunsun".

Miri Məcidli, Oğuz Altay, Şəhanə Rəhimli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

Teqlər: #Kəbin   #DiniNikah  




Rubrikanın digər yazıları