F1-ə hazırlıq işləri necə gedir? - FOTOLAR+VİDEO

F1-ə hazırlıq işləri necə gedir? - FOTOLAR+VİDEO
  05 Aprel 2017    Oxunub:4514
Bu gün Bakı Şəhər Halqası (BŞH) media nümayəndələri və jurnalisləri üçün "Formula 1" Azərbaycan Qran-Prisi ilə bağlı mediatur təşkil olunub. Mediatur çərçivəsində jurnalistlərə trek ərazisində görüləcək işlər, dəyişikliklər və yeniliklər barədə məlumat verilib.
Bakı Şəhər Halqasının (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Batçer jurnalistlərə açıqlamasında deyib ki, "Formula -1"lə bağlı görüləcək bütün tikinti işləri iyun ayının əvvəlində tamam yekunlaşacaq. Şəhər sakinlərinin işlərinə maneçilik törətməmək üçün işlərin gün ərzində iki dövrədə, əsasən həftə sonları həyata keçirilməsi planlaşdırılır.



Tom Batçer bildirib ki, hazırda paddok binasında yarışa nəzarət qülləsi, komandaların qarajlarının və pit məkanının tikintisi aparılır. İnşaat işlərinin iyunun 1-dək yekunlaşdırıması planlaşdırılır:

"Çalışırıq ki, bundan sonra Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) rəsmiləri və "Formula-1" komandalarının pilotları gələnədək işlər tamamlansın və onlar məşq edə bilsinlər. Bizim yanaşmamız sadəcə pit binasında deyil, trekin və tribunaların digər hissələrində, xüsusən, inşaat işlərinin aparıldığı hissələrdə yerli işçilərin lazımi təcrübə və bacarıqlara yiyələnmələrini təmin etməkdir”.



“Keçən il Formula 1-in təşkilatçılığına cəlb olunan şirkətlərin 60%-i yerli şirkətlər idisə, bu il şirkətlərin 80%-i yerlidir. Biz bu tendensiyasını qoruyub saxlayacağıq və ümid edirik ki, gələcək illərdə bu işləri tam olaraq yerli şirkətlər görəcək. Bu da yeni iş yerlərinin açılması, yeni mütəxəssislərin meydana gəlməsi deməkdir. Yerli kadrların yetişdirilməsi, onların lazımi təcrübi bacarıqlara yiyələnməsi üçün çalışırıq. Bakıda sadəcə "Formula 1" yarışları deyil, digər irimiqyaslı yarışlar da keçirilir, o yarışlarda da yerli işçilərin cəlb olunması əsas məsələ olaraq diqqətə alınır. Trekin asfalt işləri və baryerlər yerli şirkət tərəfindən həyata keçirilir. Bakıda çəkilən asfalt "Formula -1" trekləri arasında ən yüksək keyfiyyətə malik asfalt olaraq qiymətləndirilir. Bununla yanaşı “Pit” binasının inşasına 4 yerli şirkət cəlb olunub, onlar birgə bu işi həyata keçirirlər. Tribunaların quraşdırılması da yerli şirkətlər tərəfindən həyata keçirilir. Bütün inşaat işlərində yerli kadrların hazırlanmasına xüsusi önəm yetiririk. Keçən il hazırlanmış kadrlar öyrəndikləri təcrübəni unutmayıblar, olduğu kimi saxlayıblar, bu, Azərbaycanın qazancıdır. Region ölkələrində keçirilən tədbirlərdə azərbaycanlı kadrlar orada asanla çalışa və öz təcrübələrini bölüşə bilərlər”.



Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə bildirib ki, 2017-ci il Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar işlərə cəlb edilən şirkətlərin 80 faizi yerlidir. O, gələcəkdə bu faizin daha da yüskələcəyini söyləyib: “Keçən il cəlb etdiyimiz şirkətlərin 60 faizi yerli idisə, bu il həmin göstərici 80 faizə yüksəlib. Bu tendensiyanı qoruyub saxlayacağıq. Əminik ki, gələcəkdə yerli şirkətlər daha çox olacaqlar. Xüsusən, tikinti işləri və əyləncələrin təşkilinə yerli şirkətlər cəlb olunub. Bu isə yeni iş yerləri və yerli mütəxəssislərin yetişməsi, təcrübə qazanması deməkdir".







Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov/Bəxtiyar Məmmədov




Teqlər: Formula1   Baku  





Xəbər lenti