“Ermənistanın yeni parlamenti qeyri-legitimdir” - ORO ittifaqı

“Ermənistanın yeni parlamenti qeyri-legitimdir” - ORO ittifaqı
  05 Aprel 2017    Oxunub:1416
"Aprelin 2-də Ermənistanda qeyri-legitim parlament seçilib"

AzVision.az “news.am”-a istinadən xəbər verir ki, bunu “Ohanyan-Raffi-Oskanyan” ittifaqının seçkiqabağı qərargahının rəhbəri, “İrs” partiyasının sədr müavini Armen Martirosyan yerli jurnalistlərə açıqlamasında deyib.

Martirosyanın sözlərinə görə, onlar seçkinin nəticələrinə baxmayaraq, bütün hallarda fəaliyyətlərini davam etdirəcəklər: "Hazırda ölkədə nə dövlət maraqlarını müdafiə edə, nə Dağlıq Qarabağ məsələsində irəliləyişə nail ola, nə də iqtisadi sahədə islahatla həyata keçirə biləcək qanunsuz formalaşmış hakimiyyət var. Əsas siyasi proseslər parlamentdən kənarda qalıb. Biz hazırda yenidən formalaşma prosesinə başlamışıq. Bloka daxil olan qüvvələr arasında əməkdaşlıq da birmənalı olaraq davam etdiriləcək”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti