Zakir Həsənov Ərəbistana gedib

Zakir Həsənov Ərəbistana gedib
  04 Aprel 2017    Oxunub:1085
Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud, Səudiyyə Ərəbistanı Krallığı Vəliəhdinin varisi, Baş nazirin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

AzVision.az


Teqlər: Azərbaycan   Ərəbistan   ZakirHəsənov  





Xəbər lenti