Nazirin görüş vaxtı dəyişdirilib

Nazirin görüş vaxtı dəyişdirilib
  04 Aprel 2017    Oxunub:1340
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Masallıda keçirəcəyi vətəndaş qəbulun vaxtı dəyişib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Masallı şəhərində aprelin 7-nə nəzərdə tutulan qəbulunun vaxtı aprelin 14-nə dəyişdirilib.

Həmin tarixdə saat 12:30-da R.Quluzadə Masallı şəhərində Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (telefon, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlaya bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı telefonlara zəng etmələri xahiş olunur:

Masallı rayonunda 025 2153004
Lənkəran rayonunda 025 2554527
Astara rayonunda 025 2254242
Lerik rayonunda 025 2746088
Yardımlı rayonunda 025 2061055

AzVision.az


Teqlər: RaminQuluzadə   Nazir   Qəbul  





Xəbər lenti