Ohanyan "İqla" əməliyyatına görə dindiriləcək

Ohanyan "İqla" əməliyyatına görə dindiriləcək
  04 Aprel 2017    Oxunub:1438
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın müxalif "ORO" ittifaqında iştirakı, hakimiyyətin təhdidlərinə baxmayaraq namizədliyini geri götürməməsi onun işini çətinləşdirib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ohanyanın tezliklə Samvel Babayanın "İqla" əməliyyatı ilə bağlı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılacağı gözlənilir.
Məlumatlara görə, seçkiyə qədər Seyran Ohanyanın dindirilməsi planlaşdırılsa da, bu proses daha sonra təxirə salınıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ohanyan   Ermənistan  





Xəbər lenti