Sarkisyanın seçki sistemi: İşləməyən aparatlar, karusel əməliyyatı

Sarkisyanın seçki sistemi: İşləməyən aparatlar, karusel əməliyyatı
  02 Aprel 2017    Oxunub:3866
Ermənistanda keçirilən parlament seçkilərdə ilk dəfə istifadə olunan əl izləri ilə qeydiyyat aparma sistemi işləmir. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, öncə Ermənistan prezdineti Serj Sarkiyanın əl izlərini tanımıyan aparat ölkənin birinci prezidenti Levon Ter-Petrosyanı da çıxılmaz vəziyyətə salıb.
Belə ki, səsvermə məntəqəsinə gələn eks prezidentin əl izlərini aparat tanımayıb. Əvəzində Pterosyan kinayə ilə: “Təsərrüfatla məşğul oluram, yəqin əl izim silinib”.



“Ohanyan-Raffi-Oskanyan” blokundan seçkilərdə iştirak edən Raffi Ovannisyan da yeni texnologiyanın istifadəsinə yaranan problemə qarşı öz etirazını bildirib. O, qeyd edib ki, texniki nasazlığı olan aparatların seçkilərdə istifadəsi məqsədyönlü olub: “Hamımız bilirik ki, barmaq izlərinin ümumdövlət bazası yoxdur. Odur ki, seçkilərdə səslərin rüşvətlə alınmasına qarşı mübarizəni vətəndaşların özü aparmalıdır”.



Yeni qurğuların işləməməsi seçkidə bir şəxsin ayrı-ayrı seçki məntəqlərində təkrar səsverməsinə gətirib çıxarıb. Artıq Ermənistanın Baş prokurorluğu seçkilərdə 41 halda təkrar səsvermənin baş verdiyi qeydiyyata alıb. Bundan başqa Ermənistan Respublikasının İstintaq komitəsinin idarəsinə Loriyskiy rayon üzrə seçki məntəqlərinə təkrar səsvermə ilə bağlı materiallar daxil olub.

İlkin məlumata görə, aprelin 2-də saat 09:13 radələrində Vanadzor şəhər sakini A. Avannisyan (1986-ci il təvəllüdlü). 23/02 saylı seçki məntəqəsində səsverməyə yenidən cəhd edib. Digər faktlar üzrə adlar açıqlanmasa da onlarla bağlı araşdrımaların aparıldığı deyilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti