Ermənistanda ciddi seçki pozuntuları aşkar edildi - SİYAHI

Ermənistanda ciddi seçki pozuntuları aşkar edildi - SİYAHI
  02 Aprel 2017    Oxunub:2988
Ermənistanda keçirilən parlament seçiiləri ilə bağlı "Vətəndaş müşahidəsi" təşəbbüs qrupunun saat 8:45 radələrində qeydə aldığı seçki pozuntuları açıqlanıb.

Tez-tez təkrarlanan pozuntular bunlardır:

-Texniki qurğuların uğursuzluğu və ya yoxluğu- 14.5 %

-Seçki məntəqələrində baş verən sui-istifadələr- 11.6 %

-Doğru platformanın olmaması- 8%

-İşin vaxtından tez və ya gec başlaması- 6.5%

-Lazımi nəzarətin həyata keçirilməsi məqsədilə seçki məntəqələrinin narahatçılığı- 5.8%

-Texniki qurğuların lazımı şəkidə öncədən hazırlanmaması- 5.1%

-Sertifikatı olmayan şəxslərin və ya nəzərdə tutulan şəxslərdən artıq nümayəndələrin seçki məntəqələrində iştirakı- 4.3 %
Qalan- 44.2 %


Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq.

Seçkidə beş partiya - hakim Respublika, Kommunist, Daşnaksutyun, “Azad demokratlar” və “Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok - “Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan” blokları iştirak edir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki   Pozuntu  





Xəbər lenti