Avtomobildən 15 mindən çox siqaret çıxdı

Avtomobildən 15 mindən çox siqaret çıxdı
  30 Mart 2017    Oxunub:1244
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Vaz 21074" markalı nəqliyyat vasitəsində Azərbaycanın aksiz markası ilə markalanmayan siqaretlərin olması barədə məlumat daxil olub.
AzVision.az DGK-ya istinadən xəbər verir ki, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Qazax rayonunun İncəsu adlanan ərazisində saxlanılıb və qanunvericiliyə uyğun olaraq baxış keçirilməsi üçün nəqliyyat vasitəsi "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilib.

Yoxlama zamanı avtomobilin yük yerindəki selofan torbaların içərisindən üzərində aksiz markası olmayan 7600 ədəd "Vinston", 4200 ədəd "Parliament" və 3380 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   siqaret  





Xəbər lenti