Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib
  29 Mart 2017    Oxunub:1837
Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində marşrutun keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri davam edir.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən AzVision.az-a verilən məlumata görə, trekin Xəqani küçəsi, Bülbül prospekti və Zərifə Əliyeva küçəsindən keçən hissəsində martın 28-dən aprelin 2-dək hər gün gecə saatlarında (saat 22:00-dan 06:00-dək) baryer quraşdırma işləri aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddət ərzində trekin bu hissəsində avtomobillərini saxlamamaları xahiş olunur. Əks halda, işin fasiləsiz gedişatına maneəçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın küçə və ya ərazidəki parklanma yerlərinə aparılacaq.

Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə, şəhər sakinlərinə əvvəlcədən təşəkkür edir.

Qeyd edək ki, Formula 1-də yeni mövsümə martın 26-da Avstraliyanın Melburn şəhərində start verilib. Azərbaycan Qran Prisi 23 - 25 iyunda paytaxt küçələrində keçiriləcək.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Formual1   Azərbaycan   Qran-Pri  





Xəbər lenti