"Bakıda insanlara eşşək əti yedizdirirlər" - Diqqəli olun!

"Bakıda insanlara eşşək əti yedizdirirlər" - Diqqəli olun!
  28 Mart 2017    Oxunub:13718
Son günlər sosial şəbəkələrdə və mediada ən çox müzakirə olunan mövzlulardan biri də ölkəmizdə 5 mindən çox eşşəyin yoxa çıxmasıdır. Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, ötən il bu rəqəm 38 min 500 olub. Eyni zamanda donuzların da sayında azalma müşahidə edilib. Belə ki, 2016-ci ildə ölkədə 6100 donuz vardısa, ötən il bu rəqəm 5200-ə düşüb.

Yoxa çıxan eşşək və donuzların ətlərindən dönərxanalar və ya kolbasa-sosislərin istehsalında istifadə edildiyi iddia edilir. İstifadəyə yararsız olan olan belə ətlərin paytaxtda insanlara satıldığı da bildirilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzVision.az-a bildirib ki, bu gün ölkədə ətin tərkibini müəyyənləşdirən texnika olmadığı üçün müəssisələrdə eşşək, donuz və ya mal ətindən istifadə edildiyini dəqiqləşdirmək çətindir.

“Əgər bu eşşəklər yoxa çıxıbsa və başqa yerə verilməyibsə, deməli müxtəlif formalarda insanlara satılıb. Yoxa çıxan eşşəklərin ətləri hansı yollarlasa insanlara verilib. Ölkədə qidanın təhlükəsizliyinə ciddi nəzarət olunmur. Hazırda mağazalarda insanların sağlamlığı üçün təhlükəli qidalar satılır. Məsələn, “Kinder” şokaladlarını qeyd edim. Bütün dövlət qurumlarına bu malın yığışdırılması ilə bağlı məlumat vermişəm, lakin satışdan yığışdırılmır və dövlət orqanları bu məsələyə biganəlik göstərir. İqtisadiyyat Nazirliyi bildirir ki, biznes qurumlarına toxunmaq olmaz. Belə şəraitdən sui-istifadə olunur, təhlükəli qidalar əhaliyə satılır. Bu azmış kimi, Bakıda insanlara eşşək əti yedizdirirlər. Bu, cinayətdir. Dövlət qurumları bununla bağlı araşdırma aparmalıdır. Müəyyən edilməlidir ki, bu qədər eşşək necə yoxa çıxıb”.



E.Hüseynov etiraf edib ki, eşşək əti, eləcə də xəstə at ətləri təkcə dönərxanalara deyil, paytaxtda fəaliyyət göstərən restoranlara da satılır.

“Hesab edirəm ki, eşşək əti qarışıq şəkildə və ya döyülmüş ətlərin tərkibində verilir. İnsanlar yedikləri dönərlərin hansı ətdən olduğunu dəqiq bilmirlər. Bu eşşək əti də ola bilər, at əti də”.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti