Abramyanın istefasının gerçək səbəbi məlum oldu

Abramyanın istefasının gerçək səbəbi məlum oldu
  28 Mart 2017    Oxunub:1402
Ermənistanın sabiq baş naziri, eks-spiker Ovik Abramyanın hakim Respublika partiyasının sıralarından çıxmasının əsl səbəbi məlum olub.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” nəşri məlumat yayıb.

“Deyilənə görə, Abramyanın hakim partiyanın sıralarından çıxmasının əsl səbəbi onun “Ohanyan – Raffi – Oskanyan” blokunu koordinasiya etməsi və “Çarukyan” alyansına qoşulmaq istəməsi ilə bağlı olub. Abramayana belə bir addımın mümkünsüzlüyü barədə ən yuxarı səviyyədə xəbərdarlıq edilib”.

Nəşr yazır ki, bu faktın aşkarlanmasından bir həftə sonra Abramyan partiyanın sıralarını tərk etməli olub.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Ermənistan   Abramyan  





Xəbər lenti