Ərəblərdən sonra çinlilər də ölkəmizə axın edəcəklər

Ərəblərdən sonra çinlilər də ölkəmizə axın edəcəklər
  27 Mart 2017    Oxunub:9679
"Novruz bayramı ərəfəsində paytaxt Bakıya turist axını müşahidə edilirdi. Yay aylarında da oxşar vəziyyət davam edəcək. Biz may ayından başlayaraq turist axınının şahidi olacağıq".
Bu barədə AzVision.az-a Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib. Onun sözlərinə görə, aprel ayında ölkənin turizm sektorunda nisbətən sakitlik olacaq. Mayın 1-dən etibarən turistlərin sayı çoxalacaq.

"Nəzərə alaq ki, mayın 4-dən 7-ə qədər ölkəmizdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu forum çərçivəsində biznes turistləri gələcəklər”.

N.Bağırov hesab edir ki, həmin ərəfədə ölkəmizə daha çox rus və ukraynalı turistlər təşrik buyuracaqlar.

“Sovetlərdən qalan May bayramı Rusiya və Ukraynada qeyd edilir. 10 günlük bayram tətilində ölkəmizə gələcək turistlər artıq yerləri bron ediblər. Eyni zamanda may ayında Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə istirahətə gələnlər olacaq”.

AzTA sədrinin sözlərinə görə, yay aylarında ərəb ölkələri, Çin, İran və Rusiyadan Azərbaycana turist axını olacaq: “Bu ölkələr üçün Azərbaycan prioritet istiqamətlərdən hesab olunur. Eyni zamanda Çin və digər Asiya ölkələrindən də turist axını gözlənilir. Sizi əmin edirəm ki, Novruz ərəfəsində gördüyünüz turist sayı yay fəslində daha çox olacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Turist   Azərbaycan   Rusiya   Ukrayna   Çin  





Xəbər lenti