Sarkisyan Ohanyanı həbs etdirə bilər

Sarkisyan Ohanyanı həbs etdirə bilər
  27 Mart 2017    Oxunub:1903
“Biz Ermənistanda yaşayırq. Burada heç nəyi istisna etmək olmaz”.
AzVision.az-ın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri “Ohanyan-Raffi-Oskanyan” blokunun lideri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan həbs oluna biləcəyi ilə bağlı yerli mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Bu haqda mənə deyiblər. Amma təbliğat-təşviqat zamanı belə məişət məsələlərinə və intriqalara diqqət yetirməyə vaxt qalmır. Bilirsiniz ki, mən siyasətdə yeni adamam. Amma vəziyyəti çox tez başa düşdüm və savadlı, sadiq insanları ətrafıma toplamışam. Hesab edirəm ki, bütün bunlar səhv məlumatdır. Mən bütün Ermənistanı gəzirəm, siyasi proseslərin mərkəzində oluram və əgər belə bir şey olsaydı, hüquq-mühafizə orqanlarından kimsə bu məsələyə toxunardı. Amma biz Ermənistanda olduğumuza görə burada heç nə istisna deyil”.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Ohanyan   Sarkisyan   Ohanyan  





Xəbər lenti