Nazirlə görüşmək istəyirsiniz?

Nazirlə görüşmək istəyirsiniz?
  27 Mart 2017    Oxunub:1284
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 30-da Ağdam, Ağcabədi, Tərtər, Bərdə rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüş saat 09:30-da Ağdam şəhərinin Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 14 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Ağdam şəhəri, Quzanlı qəsəbəsi) müraciət etmələri (əlaqə telefonları: 026-325-05-64, 051-608-27-20, 070-299-22-62) xahiş olunur.

AzVision.az


Teqlər: HüseynBağırov   qəbul  





Xəbər lenti