Bolqarıstanda parlament seçkiləri keçirilib - Yenilənib

Bolqarıstanda parlament seçkiləri keçirilib - Yenilənib
  27 Mart 2017    Oxunub:1776
Bolqarıstanda növbədənkənar parlament seçkiləri başa çatıb.

Exit-polların məlumatına əsasən GERB partiyası seçkilərdə 32,8 faiz səs yığaraq qalib gəlib. GERB partiyasının əsas rəqibi - Bolqarıstan Sosialist Partiyası (BSP) 28,4 faiz səslə ikinci yerdədir. Bundan başqa, Birləşmiş Millətçilər 8,8 faiz, Hüquq və Azadlıqlar Uğrunda Hərəkat 7,7 faiz, VOLYA (iradə) 4,6 faiz, Reformatorlar Bloku 3,8 faiz səslə Bolqarıstan parlamentinə daxil olublar.

Xatırladaq ki, bu, 2013-ci ildən bəri Bolqarıstanda keçirilən üçüncü növbədənkənar parlament seçkilərdir.

***
(10:14)

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir. Seçki məntəqələri yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 9:00) səsvermə üçün açılıb.

"RİA Novosti"nin verdiyi məlumata görə, Bolqarıstan parlamentinin 240 deputatı ümumxalq səsverməsi ilə dörd il müddətinə seçilir. Seçicilərin 4 faizindən çoxunun səsini alan partiya parlamentdə təmsil olunmaq hüququ qazanır. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu seçkilərdə 13 partiya, 9 koalisiya, 21 təşəbbüs qrupu iştirak edir və ümumilikdə 4732 deputat qeydə alınıb.

Bolqarıstan Daxili İşlər Nazirliyi seçki günü ictimai asayişin qorunmasına 14 min polis əməkdaşının cəlb olunduğunu bildirib.

AzVision.az


Teqlər: Bolqarıstan   Seçki   Parlament  





Xəbər lenti