Möcüzə baş vermədi, Almaniyaya uduzduq - Yenilənib

Möcüzə baş vermədi, Almaniyaya uduzduq - Yenilənib
  27 Mart 2017    Oxunub:11431
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya yığması ilə qarşılaşır.

AzVision.az xəbər verir ki, maraqla gözlənilən oyun Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Azərbaycan millisinin start heyətində meydana Kamran Ağayev, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Bədavi Hüseynov, Dmitri Nazarov, Rəşad Sadıqov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Ramil Şeydayev və Əfran İsmayılov çıxıb.

Almaniya yığmasının ilk on birliyində isə Brend Leno, Conas Hektor, Benedikt Hövedes, Mats Hummels, Sami Xedira, Yulian Draksler, Toni Kroos, Andre Şürrle, Tomas Müller, Coşua Kimmix və Mario Qomez yer alıblar.

***

Oyunun 19-cu dəqiqəsində hesab açılıb. Rəqib Almaniya bir topla öndədir.

***

Azərbaycan millisinin üzvü Dmirti Nazarov vurduğu möhtəşəm qolla hesabı bərabərləşdirib. Daha sonra Almaniya millisi oyunda üçüncü qolu vuraraq hesabda üstünlüyü ələ keçirib.

***

Qarşılaşmanın ilk hissəsində sonuncu qolu Mario Qomez vurub. İlk 45 dəqiqə Almaniya millisinin 1:3 hesablı üstünlüyü ilə başa çatıb.

***

Matçın ikinci hissəsində Azərbaycan millisi hesabda fərqi azalda bilməyib.Əksinə rəqib daha bir qol vuraraq qələbə qazana bilib. Beləliklə, oyun Almaniya millisinin 1:4 hesablı qələbəsi ilə başa çatıb.

AzVision.az


Teqlər: Azərbaycan   Almaniya  





Xəbər lenti