İsveçrəli diplomat Türkiyə XİN-ə çağırıldı

İsveçrəli diplomat Türkiyə XİN-ə çağırıldı
  26 Mart 2017    Oxunub:1664
İsveçrənin Ankaradakı səfirinin müavini Türkiyə XİN-ə çağırılıb.

AzVision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, səfir Ankarada olmadığından onun müavini Türkiyə XİN-ə PKK-nın İsveçrənin paytaxtı Berndə mitinq keçirməsi ilə əlaqədər çağırılıb. İsveçrəli diplomata rəsmi Ankara öz etirazını bildirib.

Qeyd edək ki, PKK-nın mitinqində Türkiyə prezidentinin ünvanına təhdidlər səsləndirilib.

AzVision.az




Teqlər: Türkiyə   PKK   İsveçrə   XİN  





Xəbər lenti