112 yaşlı qadına qəribə hədiyyə

112 yaşlı qadına qəribə hədiyyə
  26 Mart 2017    Oxunub:1221
Fransanın Monpelye şəhərinin ən yaşlı sakinlərindən olan 112 yaşlı Matilda Lartiqin arzusu həyata keçib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, şəhərin yanğınsöndürən briqadası qadına ad günü hədiyyəsi olaraq öz maşınlarını icarəyə veriblər.

1905-ci ildə anadan olan Matilda Fransanın 7-ci ən yaşlı sakinidir. O, 17 prezident, iki dünya müharibəsi görüb. Sürücülük vəsiqəsi alan ilk qadınlardan olan Matilda yanğınsöndürən maşın sürmək arzusunu isə 112 il sonra reallaşdıra bilib.

AzVision.az


Teqlər:





Xəbər lenti