Prezident banqladeşli həmkarını təbrik edib

Prezident banqladeşli həmkarını təbrik edib
  25 Mart 2017    Oxunub:1245
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının dövlət başçısı Md. Əbdül Həmidə təbrik məktubu göndərib.
AzVision.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram"

AzVision.az


Teqlər: prezident   təbrik  





Xəbər lenti