"Avropa İttifaqı çoxlu səhvlər edib" - Günün 2-ci etirafı

"Avropa İttifaqı çoxlu səhvlər edib" - Günün 2-ci etirafı
  25 Mart 2017    Oxunub:1284
“Avropa İttifaqı mövcud olduğu dövrdə çoxlu səhvlər edib, qurum qeyri-effektiv fəaliyyət göstərir və həddən artıq bürokratikləşib”.
AzVision.az xəbər verir ki, bunu Avropa Parlamentinin başçısı Antonio Tayani etiraf edib. Roma müqaviləsinin 60 illiyinə həsr olunmuş sammitin açılışında çıxış edən Tayani bildirib:

“Biz Avropamızdan yorulmamışıq. Amma biz yaxşı işləməliyik. Təəssüf ki, çox səhvlər edilib. Avropa İttifqına dəyişikliklər lazımdır. Lakin onun məhv olmasına imkan vermək olmaz. Bizə heç zaman olmadığı qədər birlik lazımdır” - o qeyd edib.

O, əlavə edib ki, Aİ-nin üzvü olan ölkələrin vətəndaşları daha çox şikayətlənməyə başlayıblar.

AzVision.az


Teqlər: Avropaİttifaqı  





Xəbər lenti