Sabirabadda 6 otaqlı ev yanıb

Sabirabadda 6 otaqlı ev yanıb
  25 Mart 2017    Oxunub:927
Sabirabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: yanğın  





Xəbər lenti