Eks deputat həbs edildi

Eks deputat həbs edildi
  25 Mart 2017    Oxunub:1308
Bir sıra cinayətlər törətməkdə şübhəli bilinən Qırğızıstan parlamentinin keçmiş deputatı Sadır Japarov Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib. Qeyd olunub ki, ona qarşı “Xuliqanlıq” və “Hakimiyyət nümayəndəsinə qarşı zorakılığın tətbiqi”, “Girov götürmə”, “Öldürməyə cəhd” maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, Jarapov xaricdə yaşayırmış və 25 mart tarixində ölkəyə daxil olan kimi saxlanılıb.

AzVision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti