Zika virusuna qarşı vaksin hazırlanıb

Zika virusuna qarşı vaksin hazırlanıb
  25 Mart 2017    Oxunub:1999
Çin və Fransadan olan bir qrup alim birgə Zika virusuna qarşı vaksin hazırlayıblar.
AzVision.az-ın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bunu Çinin Elmlər Akademiyası yanında Paster İnstitunun direktoru Tan Xun deyib. Onun sözlərinə görə, preparatın siçanlar üzərində sınaqdan keçirilməsi zamanı effektivliyi sübut olunub.

O, qeyd edib ki, vaksinin istehsalına başlaması üçün yaxşı perspektivlər mövcuddur. Vaksin artıq 2019-ci ildə Afrikada istifadə üçün mümkün ola bilər.

AzVision.az


Teqlər: Zikavirusu  





Xəbər lenti