"Avropa İttifaqı səhvlər edib" - Merkeldən etiraf

"Avropa İttifaqı səhvlər edib" - Merkeldən etiraf
  25 Mart 2017    Oxunub:1562
“Avropa İttifaqı (Aİ) səhvlər edib. Lakin hazırda natamam qalan işləri yekunlaşdırmaq üçün yaxşı baza mövcuddur”. AzVision.az xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel İtaliyanın "Rai" teleradio şirkətinə müsahibəsində deyib.
“Avropa İttifaqı öz siyasətində heç də hər şeyi yaxşı etməyib. Bəzi işlər natamam qalıb. Biz sərbəst yerdəyişmədən çıxış edərək xarici sərhədlərin mühafizəsi haqqında düşünmədik. Vahid valyuta yaradanda isə onu böhrana davam gətirmə qabiliyyətli etmədik. Lakin indi bank ittifaqı və stabilləşdirmə mexanizmi yaradırıq. Əsas odur ki, bütün bunlar həmrəylik içində həll olunmalıdır”.

Kansler hesab edir ki, Aİ miqrant problemində vahid mövqe sərgiləyərək problemdən çıxış yolu tapacaq.

AzVision.az


Teqlər: Almaniya   AngelaMerkel    





Xəbər lenti