Belarusda müxalifət lideri tutulub

Belarusda müxalifət lideri tutulub
  25 Mart 2017    Oxunub:1192
Belarusda müxalifət liderlərindən biri Vladimir Niklyayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, V. Niklyayev Brestdə qatardan endirilərək həbs edilib.

Qeyd edək ki, martın 17-də keçirilən etiraz aksiyasından sonra V.Niklyayeva qarşı kütləvi aksiyaların təşkili və keçirilməsi qaydalarının pozulmasına dair inzibati proses başladılıb. Martın 24-də Minsk şəhər məhkəməsi həmin proseslə bağlı iclas keçirməli idi.

Xatırladaq ki, bu gün Belarusda müxalifətin mitinqi nəzərdə tutulub. Hökümətin qadağasına baxmayaraq onlar nümayişi keçirmək niyyətindədir.

AzVision.az


Teqlər: Belarus  





Xəbər lenti