Yük maşını məktəbliləri vurub: 3 şagird ölüb

Yük maşını məktəbliləri vurub: 3 şagird ölüb
  25 Mart 2017    Oxunub:1253
Çində yük maşını məktəbliləri vurub.
AzVision.az xəbər verir ki, bu barədə Çinin CCTV telekanalı məlumat yayıb. Hadisə Quanqsi-Çjuanq muxtar rayonunda baş verib. Belə ki, yük maşını ibtidai məktəb şagirdlərini vurub. Hadisə nəticəsində azı 3 azyaşlı ölüb, daha ikisi xəsarət alıb.

Məktəblilərdən biri hadisə yerində, digər ikisi isə xəstəxanada həyatını itirib. Yaralanan şagirdlərin müalicəsi davam etdirilir. Qəzanı törədən sürücü saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Çin   qəza   məktəbli  





Xəbər lenti