Bayram günləri 32 qəza baş verib- 11 ölü

Bayram günləri 32 qəza baş verib- 11 ölü
  25 Mart 2017    Oxunub:1699
Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bununla da martın 19-dan 25-dək respublikanın avtomobil yollarında baş verən yol qəzalarının sayı 32-yə çatıb. Həmin qəzalarda 11 nəfər ölüb, 52 nəfər xəsarət alıb.(APA)

AzVision.az


Teqlər: Bayram   qəza  





Xəbər lenti