“Rosqvardiya”ya hücumu İŞİD öz üzərinə götürüb

“Rosqvardiya”ya hücumu İŞİD öz üzərinə götürüb
  24 Mart 2017    Oxunub:1023
İŞİD terror təşkilatı bu gün Çeçenistanda Rusiya Milli Qvardiyasının(“Rosqvardiya”) hərbi hissəsinə hücumla əlaqədar məsuliyyəti öz üzərinə götürüb.
AzVision.az-ın məlumatına görə, bu barədə “SITE Intellegence Group” xəbər yayıb. “SITE Intellegence Group” terrorçuların və onların tərəfdarlarının internetdəki fəaliyyəti ilə bağlı monitorinq aparır.

Xatırladaq ki, martın 24-nə keçən gecə bir qrup silahlı Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum edib. Nəticədə 6 hərbi qulluqçu ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti