Məşhur futbolçu karyerasını başa vurub

Məşhur futbolçu karyerasını başa vurub
  24 Mart 2017    Oxunub:1349
Almaniya millisinin və “Ştuttgart”ın sabiq futbolçusu Kevin Kuranyi karyerasını başa vurub.
AzVision.az-ın məlumatına görə, 35 yaşlı hücumçu bundan sonra futboldan kənar işlərlə məşğul olacaq.

Kuranyi karyerası ərzində “Ştuttgart”, “Şalke”, “Dinamo Moskva” və “Hoffenhaym” kimi klubların şərəfini qoruyub. 2008-ci il 11 oktyabrında Rusiya ilə matçın əsas heyətinə düşmədiyindən millinin düşərgəsini özbaşına tərk edir. Alman ulduz bu hadisədən sonra bir daha Almaniya millisinə çağırılmır.

AzVision.az


Teqlər:





Xəbər lenti