TANAP-ın tikintisi 70 faiz yekunlaşıb

TANAP-ın tikintisi 70 faiz yekunlaşıb
  24 Mart 2017    Oxunub:1541
Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin 70 faizi başa çatıb.
AzVision.az-ın trend-ə istinadən məlumatına görə, bunu “Petkim Petrokimya Holding. A.Ş”nin baş direktoru Anar Məmmədov deyib.

Onun sözlərinə görə, TANAP Türkiyənin qaza olan tələbatının bir hissəsini təmin edəcək.

"Bu layihə vasitəsilə 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya ilk qazın çatdırılması planlaşdırılır. Tikintidə heç bir ləngimə yoxdur".

Qeyd edək ki, TANAP layihəsinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr qaz təşkil edəcək. Onlardan 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi Avropaya tədarük olunacaq.

AzVision.az


Teqlər: TANAP  





Xəbər lenti