Londondakı terrora görə 9 nəfər saxlanılıb

Londondakı terrora görə 9 nəfər saxlanılıb
  24 Mart 2017    Oxunub:1238
Londonda törədilən terror aktı ilə bağlı saxlanılanların sayı 9-a çatıb.
AzVision.az-ın məlumatına görə, bu barədə İngiltərənin Terrorla Mübarizə Təşkilatı komissarının köməkçisi Mark Rovley bildirib.

O, qeyd edib ki, terror aktı ilə bağlı bütün ölkə ərazisində keçirilən əməliyyatlar davam edir.

Qeyd edək ki, Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində 5 nəfər ölüb, 40 nəfər isə yaralanıb. Terror aktını təşkil edən 52 yaşlı Xalid Masud olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: London   Terror  





Xəbər lenti