Meksikada 29 məhkum həbsxanadan qaçıb

Meksikada 29 məhkum həbsxanadan qaçıb
  24 Mart 2017    Oxunub:1163
Meksikanın şimalında yerləşən Tamaulipas əyalətində 29 məhkum tunel qazaraq həbsxanadan qaçıb.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xvəbər verir.

29 məhkum qazdıqları, uzunluğu 40 metr, dərinliyi 5 metr olan tunellə qaçmağı bacarsalar da, onlardan 12-i yaxalanıb.

Faktla bağlı həbsxanada çalışan 30 növbətçi barədə istintaq başladılıb. Eyni zamanda əyalət rəsmiləri digər bölgə rəhbərlərindən məhkumların yaxalanması üçün yardım istəyib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti