Deputat təyyarədə müdiri döydü - Video

Deputat təyyarədə müdiri döydü - Video
  24 Mart 2017    Oxunub:2353
Hindistan Hava Yollarına məxsus təyyarədə biznes klass bileti olmasına baxmayaraq, ekonom klassla səfər etmək məcburiyyətində qalan qatı sağ Siv Sena Partiyasından millət vəkili olan Ravindra Qaikvad tərliyi ilə şirkətin növbətçi müdirini döyüb, personalı təhqir edib.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Hadisə Hindistan Hava Yollarının cümə axşamı günü Pune-Yeni Delhi aviareysini yerinə yetirən təyyarəsində baş verib. Tələbat olmadığından biznes klass biletlərinin ləğv edildiyi əvvəlcədən köməçisinə bildirilməsinə baxmayaraq, Qaikvad təyyarə Yeni Delhiyə endikdən sonra yarım saata qədər təyyarədən enməkdən imtina edib.

Bundan sonra Qaikvadı fikrindən daşındırması üçün şirkətin növbətçi müdiri R.Skumar hadisə yerinə çağırılıb. Qaikvad əvvəlcə təyyarədən enməsini tələb edən Skumarı sillələyib. Bununla da hirsi soyumayan millət vəkili 60 yaşlı növbətçi müdiri tərliyi ilə döyüb. Skumar ətrafdakıların köməkliyi ilə hadisə yerindən uzaqlaşdırılıb.

Şirkət hadisə ilə bağlı araşdırma başladaraq, millət vəkilini məhkəməyə verib. Eyni zamanda bundan sonra uçuşlar zamanı bu tipli hadisələr törədən sərnişinlərə şirkətin xidmətlərindən istifadə etməyi qadağan edib.

Təyyarədən endikdən sonra jurnalistlərin suallarını cavablandıran Qaikvad bunları deyib: “Belə tərbiyəsizliyə göz yuma bilməzdim. Ona görə də Skumarı 25 dəfə tərliyimlə vurdum. Məni polisə veriblər. Versinlər. Mən də onları aidiyyatı orqanlara şikayət edəcəm”.

Skumar isə hadisənin necə baş verdiyini belə xatırlayır: “Ona təyyarədən enməsini söylədiyimdə, qabalaşdı və söyüş söyməyə başladı. Millət vəkillərimiz belə hərəkət edirsə, tanrı Hindistanı qorusun”.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Hindistan   Deputat  





Xəbər lenti