Çeçenistanda “Rosqvardiya”nın 6 hərbçisi öldürülüb

Çeçenistanda “Rosqvardiya”nın 6 hərbçisi öldürülüb
  24 Mart 2017    Oxunub:3853
Martın 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum olub.
AzVision.az-ın məlumatına görə, hadisə yerli vaxtla saat 02:00-03:00 arasında baş verib.

Səkkiz nəfər silahlı hərbi hissəyə daxil olmağa cəhd göstərib. Baş verən döyüş zamanı onlardan 6-sı öldürülüb. İkisi isə gizlənməyə nail olub.

Rusiya Milli Antiterror Mərkəzindən bildirilib ki, hərbçilər arasında ölənlər və yaralananlar var. Ölən hərbi qulluqçuların sayının 6 nəfər olduğu açıqlanıb.(apa)

AzVision.az


Teqlər: Çeçenistan   Rusiya  





Xəbər lenti